Fletayron bildinq | |
---|---|
40°44′28″ şm. e. 73°59′22″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Şəhər | Nyu-York |
Yerləşir | Nyu-York |
Tikilmə tarixi | 1902 |
Mərtəbə sayı | 22 |
Memar | Daniel Bernem, Frederik Dinkelberq |
Memarlıq quruluşu | Neointibah memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Flatiron Building (ing. Flatiron Building; Fletayron Bildinq kimi tələffüz olunur, hərfi tərcümədə "ütü bina" deməkdir) – Nyu-York şəhərinin Manhetten borosunun Brodvey, Beşinci Avenyu və 23-cü küçənin şərqinin birləşdiyi ərazidə yerləşən 22 mərtəbəli bina. Formasına görə ütüyə bənzəməsi binanın belə adlanmasına səbəb olmuşdur. Bundan başqa, göydələnin şərəfinə yerləşdiyi kvartal da adlanmışdır. 1966-cı ildə bina şəhərin orientiri kimi qəbul edimiş, 1989-cu ildə ABŞ-nin Milli Tarixi Abidələr siyahısına daxil edilmişdir. Hazırda Fletayron-bildinq Nyu-Yorkun simvollarından birinə çevrilmişdir.